...

İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini rədd edib

Siyasət Materials 1 Oktyabr 2014 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini rədd edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Məlumata əsasən, İsveçrə erməniləri yeddi ildir ki, 1915-ci il hadisələrini "əks etdirən" "saxta soyqırım" abidəsinin BMT binasına bitişik inşa edilməsi tələbi ilə çıxış edirlər.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti