Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 2-də "Fairmont Baku" mehmanxanasında rəsmi ziyafət verilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, sabiq prezidentlər və Nobel mükafatı laureatları ziyafətdə iştirak ediblər.