...

Əli Babacan: Türkiyə daxili sabitliyini qorumalıdır

Siyasət Materials 8 Oktyabr 2014 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə daxili sabitliyini qorumalıdır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, daxili sabitlik Türkiyə iqtisadiyyatının artımının təminatıdır.

Ə.Babacan qeyd edib ki, hazırda bir sıra qonşu ölkələrdə (Suriya və İraq) xaos hökmranlıq edir ki, bu da regionun digər dövlətlərinə mənfi təsir edir.

Qeyd edək ki, Türkiyənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar, həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər.

Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir. Hazırda bu şəhərdə "İslam Dövləti" qüvvələri və kürd özünümüdafiə dəstələri arasında şiddətli döyüşlər davam edir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti