Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
"İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsinin misli görünməmiş basqılarla üzləşəcəyini əvvəlcədən bilirdik". Trend-in məlumatına görə, bu barədə İşçi Qrupunun üzvü Sahib Məmmədov qrupun jurnalistlərlə görüşündə deyib.
S.Məmmədov qeyd edib ki, 2005-ci ildə də belə olmuşdu: "2005-ci ildəki təcrübədən çıxış edərək işçi qrupuna münasibətin daha da aqressiv olacağını gözləyirdik. Bunun səbəbi odur ki, kimlərəsə azadlığa çıxanların siyahısının başında çox məşhur adamlar lazımdır və "bəzək yaradan" insanların azadlıqda olması məqsədəuyğun deyil. Amma bu, bizim üçün belə deyil, biz hesab edirik ki, belə siyahılar ümumiyyətlə, olmamalıdır, istəmirik ki, həmin adamlar siyahılarda olsunlar. Bizim kolleqalarımız azadlıqda olmalıdır".