...

Bakıda NATO və ABŞ ekspertlərinin iştirakı ilə hərbi təhsil sistemi ilə bağlı tədbir keçirilir (FOTO)

Siyasət Materials 12 Noyabr 2014 13:24 (UTC +04:00)
Bakıda Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.
Bakıda NATO və ABŞ ekspertlərinin iştirakı ilə hərbi təhsil sistemi ilə bağlı tədbir keçirilir (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyətilə dəyirmi masada strateji planlaşdırmanın təşkililə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır.

Tədbir noyabrın 13-də başa çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti