Azərbvaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/
Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Pakistan İslam Respublikasının dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 19-dək davam edəcəkdir.