...

Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Siyasət Materials 5 Dekabr 2014 16:12 (UTC +04:00)
Elmar Məmmədyarov 2014-cü ilin 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2014-cü ilin 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında fikir mübadiləsi aparılıblar.

Həmçinin, Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikasının iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş təxribat xarakterli hərbi təlimlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər münaqişənin həlli istiqamətində əldə olunmuş müsbət meyillərə mənfi təsir etdiyi qeyd edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən E.Məmmədyarov Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və Aİ ilə də münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti