...

Azərbaycanın millət vəkili QDİƏT Parlament Assambleyasının baş katibi seçildi

Siyasət Materials 9 Dekabr 2014 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın millət vəkili Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının Yunanıstanın paytaxtı Afinada keçirilən iclasında QDİƏT Parlament Assambleyasının baş katibi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti