...

Bahar Muradova: Azərbaycan antimilli planların pozulduğu ölkələrin sırasındadır

Siyasət Materials 15 Dekabr 2014 11:27 (UTC +04:00)
Azərbaycan о ölkələrdən deyil ki, ona göstəriş və ya tapşırıq verilsin və о da bunu icra etsin!
Bahar Muradova: Azərbaycan antimilli planların pozulduğu ölkələrin sırasındadır

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan о ölkələrdən deyil ki, ona göstəriş və ya tapşırıq verilsin və о da bunu icra etsin! Ölkəmizlə ona görə hesablaşırlar ki, respublikamız dünyanın ən mötəbər təşkilatlarının bərabərhüquqlu üzvüdür və bu təşkilatların üzərimizə qoyduğu öhdəlikləri yerinə yetirməyə sona qədər sadiqdir. Eyni zamanda, qarşı tərəfdən də adekvat münasibət gözləyir və biz çoxtərəfli münasibətlərdə olduğu kimi, ikitərəfli münasibətlərdə də maraqlıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova "Azərbaycan" qəzetindəki məqaləsində bildirib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan hər zaman antimilli planların pozulduğu ölkələrin sırasında gedir. Bunun əsas səbəbi kimi ölkəmizdə ən müxtəlif dövrlər üçün "beşinci kolon" rolunu oynayan şəbəkədəki bəzi radikal müxalifət, media və QHT nümayəndələrinin dəyişməz dağıdıcı xarakterli olması, о səbəbdən də heç bir dəstəyə malik olmamaları çıxış edir: "Azərbaycan cəmiyyəti antiazərbaycançı maraqlara xidmət edənləri ilk gündən qəbul etməyib. Ona görə kənardan bu düşərgəyə nə qədər maliyyə yatırılsa da, onları bu və ya digər istiqamətə hərəkət etmək üçün nə qədər dərindən təlimatlandırsalar da, bu, gözlənilən nəticəni verməyəcək. Üstəlik, həmin düşərgədə təmsil olunan insanların şəxsi keyfiyyətləri, onlar haqqında formalaşmış ictimai rəy heç zaman təbliğ etdikləri antimilli ideyaların intişar tapmasına, dəstək qazanmasına şərait yarada bilməyəcəkdir.

İkinci və ən başlıca səbəb kimi isə Azərbaycan hakimiyyətinin xalq tərəfindən dəstəklənməsi və dövlətin maraq-larına xidmət edən siyasi kursunu vurğulamaq lazımdır. Bu gün Azərbaycan dövlətinin xarici təhdidlərə qarşı siyasəti dövlətin və xalqın milli maraqlarına uyğun olmaqla uğurlu bəhrəsini verir. Bu siyasətin məqsədəuyğunluğunu sübut edən Azərbaycanın müasir inkişaf səviyyəsidir. Ölkəmizin regionda və dünyada önəminin artmasıdır. Yaxın-uzaq tərəfdaşlarımızla bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən siyasətimizdir. Dünyadakı mövcud maraqları nəzərə alaraq (onlar bizim xeyrimizə və ya əleyhimizə də ola bilər), bunun içərisində Azərbaycanın maraqlarını ən başlıca aspekt kimi nəzərdə tutan və yalnız buna xidmət edən məsələlərdən çıxış etmək siyasətimizdir. Dostlarımıza da, düşmənlərimizə də bəllidir ki, Azərbaycan yalınız öz xalqının iradəsinə söykənən müstəqil mövqe sərgiləyir. Əgər bu gün müstəqil siyasət yeridən ölkələrin sayı kifayət qədər olsaydı, dünya bugünkü ikili standartlarla, təhdidlərlə əlbəttə ki, rastlaşmazdı. Çox təəssüf ki, ayrı-ayrı ölkələrdəki rejimlər, onlara rəhbərlik edən siyasi qüvvələr bəzi hallarda öz siyasi hakimiyyətlərinin ömrünü uzatmaq, bu və ya digər maraqlarını reallaşdırmaq və yaxud da elə bu siyasətə təsadüfən gəldikləri üçün antimilli təlimatların qarşısında müqavimət göstərə bilmir, bəzi hallarda özləri "beşinci kolon" funksiyasını yerinə yetirməli olurlar".

B.Muradovanın fikrincə, bir çox ölkələrin öz siyasətlərində ardıcıl və məqsədyönlü olmamaları da hazırkı durumun yaranmasına "töhfəsini" verir. Ona görə də ikili standartların bu gün ayrı-ayrı ölkələri öz inkişaf yolundan döndərməsini, onu idarə olunan xaos vasitəsilə fəlakətlərə sürükləməsini dünyanın bir sıra ölkələrinin nizamını çox ciddi şəkildə laxlatdığını xüsusi vurğulamaq lazımdır: "Digər bir amil isə təbii ki, çətin və məsuliyyətli zamanlarda düzgün qərar qəbul etmək üçün xalqımızın bütün təbəqələrinin vahid mövqe sərgiləməsidir. Buna görə də ölkəmizi ciddi şəkildə çalxalaya biləcək vətəndaş qarşıdurmaları yaranmır və gələcəkdə də yaranmayacaq. Azərbaycanda heç zaman etnik və dini qarşıdurma olmayıb və radikal dini qruplar heç zaman özünə dəstək qazana bilməyib. Əsrlər, minilliklər boyu bu coğrafiyada yaşayan insanlar bir-biri ilə ümumi dil tapa, bir-birilərini müdafiə edə, qoruya, eyni zamanda öz maraqlarını irəliyə apara biliblər. Bu, Azərbaycan xalqının xarakterindən, onun mentalitetindən, düşüncə tərzindən doğan bir cəhətdir və buna yad olan fikirləri cəmiyyətin, insanların şüuruna yeritmək həmişə çətin olub. Ona görə də Azərbaycanda rəngli inqilablara cəhdlər heç zaman nəticə verməyib, qonşu ölkələrdə, dünyanın ayrı-ayrı bölgələrində baş verən hadisələrin olduğu kimi təkrarına yönələn səylər nəticəsiz qalıb. İqtisadi, sosial və hərbi qüdrətdən doğan ideoloji müqavimət hissi insanların və cəmiyyətin şüuruna yeridilən yad ideyaları bir qayda olaraq qəbul etməyərək onu bir kənara atıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti