...

Səfir Con Heffern: Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır

Siyasət Materials 19 Dekabr 2014 16:31 (UTC +04:00)
Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır.
Səfir Con Heffern: Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistanda missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Con Heffern Yerevanda son mətbuat konfransında bildirib.

O, qeyd edib: "Biz Azərbaycanla bir sıra sahələrdə, həmçinin Əfqanıstanda sıx çalışırıq. Azərbaycan enerji sektorunda - təbii qazın və neftin Cənubi Avropaya tədarükündə əməkdaşlıq baxımından çox vacib ölkədir".

C.Heffern davam edərək bildirib ki, Azərbaycan İranla münasibətlərin qurulması baxımından da əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti