...

Azərbaycanın Misirdəki səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib

Siyasət Materials 30 Dekabr 2014 00:22 (UTC +04:00)
2014-cü ilin dekabr ayının 28-də Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə tədbir keçirilib.
Azərbaycanın Misirdəki səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

2014-cü ilin dekabr ayının 28-də Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibətilə tədbir keçirilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlikdə təşkil olunmuş tədbirdə Misirdə yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən səfir Ş.Abdullayev Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib və AR Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikinin mətnini qonaqların diqqətinə çatdırıb.

Ş.Abdullayev Azərbaycanda 2014-cü ildə görülmüş işlər barədə geniş məlumat verərək, bir sıra uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb və 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından söz açaraq, bunun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, idmanın və olimpiya hərəkatının Azərbaycanın siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

Səfir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Azərbaycanın 2014-cü ildə "Cənub" qaz dəhlizinin təməlinin qoyulması mərasimini xatırladıb və həmin layihənin Azərbaycanın beynəlxalq rolunu daha da gücləndirməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti