...

Ərəb Liqasının sabiq lideri Əmr Musa Bakıya gələcək

Siyasət Materials 7 Yanvar 2015 11:40 (UTC +04:00)
Ərəb Liqasının sabiq rəhbəri (2001-2011), tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.
Ərəb Liqasının sabiq lideri Əmr Musa Bakıya gələcək

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Ərəb Liqasının sabiq rəhbəri (2001-2011), tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə diplomat Əmr Musa Azərbaycanda "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. Əmr Musa bildirib ki, xüsusilə dünyanın ən nüfuzlu siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən sayılan Əmr Musa 1991-2001-ci illərdə Misir Ərəb Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Əmr Musa 2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb diplomat müxtəlif illərdə Misirin İsveçdə, Hindistanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti