Ermənistan "soyqırım fanatları" qazanmağa çalışır

Ermənistan "soyqırım fanatları" qazanmağa çalışır

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Qondarma "erməni soyqırımı"nın 100 illik yubileyinə təqribən 3 ay qalır. Təkcə Ermənistanda yaşayan deyil, dünyanın dörd bir yanına səpələnmiş ermənilər də özləri üçün bu tarixi anı "möhtəşəm" qeyd etmək üçün əl-ələ veriblər. Bütün ermənilər aprelin 24-də dünyanın gözündə başıbəlalı millət kimi görünmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Belə ki, qondarma "soyqırım" təbliğatına xaricdə yaşayan erməni əsilli sənətçiləri, şou-biznes nümayəndələrini, hətta pornoulduzu cəlb ediblər.

Ermənilərin dünya şöhrətli musiqi qrupu kimi təqdim etdikləri "System of a Down" dünya üzrə "soyqırım turnesi"nə çıxıb. "Wake Up the Souls" adlı turne aprelin 23-də Yerevanda konsertlə başa çatmalıdır. Konserti onlayn rejimdə bütün dünya izləyə biləcək. Məlumat üçün qeyd edək ki, 1992-ci ildə ABŞ-da yaradılmış rok-qrupun üzvləri erməni əsilli vətəndaşlardır. Ermənistan mətbuatının yazdığına əsasən, qrupun bütün üzvləri qondarma "soyqırım"ı görmüş insanların törəmələridir.

Qrup təbliğatın bir forması kimi saytında qondarma "soyqırım"ı tanımış ölkələrin xüsusi xəritəsini də yaradıb. "Rolling Stone" jurnalına müsahibə verən qrupun lideri Serj Tankyan Türkiyənin XX əsrin ilk "soyqırım"ını tanımasını istədiklərini bildirib. Erməni tərəfinin bu təbliğat metodu daha çox "soyqırım fanatı" qazanmağa hesablanıb. Nəzərə almaq lazımdır ki, hazırda bütün dünyada şou-biznes nümayəndələri ən gündəmdə olan insanlardır və onların milyonlarla fanat ordusu var. Və fanatın pərəstiş etdiyi şəxsin düşüncələri, fikri və sözləri onlar üçün bir növ qanun halına gəlir. Bununla da qrup üzvləri Ermənistanın edə bilmədiyini edərək xeyli sayda insanın beynini zəhərləyə və yalan informasiya yaymağa müvəffəq olurlar.

Bu fakt Azərbaycan və Türkiyə sənətçiləri üçün də bir çağırışdır. Onlar artıq dərk etməlidirlər ki, siyasət musiqi sahəsinə də qarışıb. Müğənnilərimiz dünyanın şadlıq sarayı qədər kiçik deyil, çox böyük olduğunu anlamalı və xarici dinləyiciyə xitab etməyi bacarmağa ən azından cəhd göstərməlidirlər. Türkiyə sənətçiləri isə həddən artıq humanist görünməməlidirlər. Bu ölkənin bütün dünyada məşhur olan müğənnisi Tarkanın kürd problemi ilə bağlı suala "siyasətlə maraqlanmıram" cavabını verməsi ilə üzərinə düşən milli mənafeləri qorumaq məsuliyyətindən qaçdığı kimi...

Tankyan müsahibəsində dünyada tanınmış ermənilərin qondarma "soyqırım" mövzusuna yardım etdiklərini deyir və həmin sırada məşhur pornoulduz Kim Kardaşyanın da adını çəkir. O, insanların Kardaşyanı qınamasının düzgün olmadığını bildirir və bunu pornoulduzun hər il aprelin 24-də "soyqırım"ı yad etməsi ilə əsaslandırır. Qrup rəhbəri Kardaşyanın "Twitter" səhifəsində xeyli sayda abunəçisinin olduğunu söyləməklə yuxarıda qeyd etdiyimiz "soyqırım fanatı" məsələsinə eyham vurmuş olur.

Görünən odur ki, ermənilər "soyqırım"a pornonu qatmaqdan belə çəkinmirlər. Bəs, görəsən, Kardaşyan qondarma "soyqırım"ın 100 illiyi üçün soyunacaqmı? Müsahibəsində müharibəsiz dünya, sülhdən dəm vuran Tankyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən, XX əsrin son həqiqi soyqırımı - Xocalı soyqırımdan bəhs etmir. Türkiyə dəfələrlə İrəvana arxivləri açaraq 1915-ci ildə baş vermiş hadisələrə doğru qiymət verməyi təklif etsə də, müsbət cavab almayıb. Almayacaq da. Çünki arxivlər açılsa, Ermənistanın maskası da yırtılacaq. Türkiyə deyil, məhz Ermənistan öz keçmişinə nəzər salmalı, dezinformasiya ilə məşğul olmamalıdır.

Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
Loading Bars
Xəbər lenti
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Sabah milli parklara giriş pulsuz olacaq (FOTO)
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Binəqədidə velosiped oğruları saxlanılıb (FOTO/VİDEO)
Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İndi güc xanımlarda! - Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz (VİDEO)
Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
Ötən il prokurorluqda 795 cinayət işinin istintaqı yekunlaşdırılıb
Visa kartları ilə xəyal etdiyiniz alış-veriş Umico Market-də! Bu şərtlərlə hər şeyi əldə etmək istəyəcəksiniz!
Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev mahir diplomat olduğunu bir daha təsdiq etdi - Deputat
Bir gündə iki marketdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib
Ötən gün borca görə axtarışda olan 11 nəfər saxlanılıb
Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
“Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Tikintidə can qoyan insanların mükafatlandırılmasını istəyirəm – usta ilə söhbət (FOTO)
Xocavənd rayonunun Düdükçü kəndi (FOTO/VİDEO)
Gədəbəydə yağan qar yollarda çətinlik yaradıb (FOTO/VİDEO)
Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
Qarabağda mədəni irslə bağlı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi zəruridir – Fransalı deputatın Parisin "lagazetteaz.fr" qəzetinə müsahibəsi
Ölkənin ikinci böyük su elektrik stansiyasında təmir aparılır (FOTO/VİDEO)
Samuxda 30 yaşlı kişi küçədə qətlə yetirildi
Kiyevdə Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Azərbaycanda pul bazası il ərzində artıb
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
53 yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən ölümcül bıçaqlandı
Sulutəpə dairəsində inşa olunan körpüdə son tamamlama işləri gedir
Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Seçicilərin 15 il əvvəlki tələbləri ilə indiki tələbləri tamamilə fərqlidir - Cavanşir Paşazadə (MÜSAHİBƏ)
Ağstafada 4 otaqlı ev yanıb
Ermənistandakı qədim Azərbaycan abidəsinin görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir (FOTO)
Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib
İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq
İran Qarabağın tezliklə dirçəlişində maraqlıdır - Səfir (MÜSAHİBƏ) (FOTO)
Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Yaponiyanın qərbində koronavirusun "Britaniya" ştammı yayılıb
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
"Brent" markalı neftin qiyməti fevralın 22-dən ilk dəfə 63 dollardan aşağı düşüb
Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub
"Bitcoin"in qiyməti 10 faiz bahalaşıb
Ağdaşda ev yanıb
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Bütün xəbərlər