...

Nəcməddin Sadıkov Azərbaycanı tərk etdi

Siyasət Materials 19 Yanvar 2015 16:26 (UTC +04:00)
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək.
Nəcməddin Sadıkov Azərbaycanı tərk etdi

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvəti ilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə yola düşüb.

NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti