...

Angela Merkel Ukrayna üzrə danışıqlarda tərəqqiyə ümid edir

Siyasət Materials 21 Yanvar 2015 18:52 (UTC +04:00)
Almaniya Kansleri Angela Merkel Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda tərəqqiyə ümid edir.
Angela Merkel Ukrayna üzrə danışıqlarda tərəqqiyə ümid edir

Almaniya, Berlin, 21 yanvar /Trend, xüsusi müxbir Sevil Mikayılova/

Almaniya Kansleri Angela Merkel Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda tərəqqiyə ümid edir.

Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu A.Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, görüşdə məqsəd Astanada dördtərəfli sammitə hazırlıqda irəliləyişin olub-olmamasını anlamaqdar.

A.Merkel qeyd edib ki, prezidentlərin növbəti nəticəsiz görüşünə ehtiyac yoxdur: "Ukraynada barışıq getdikcə daha həssas olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti