...

İlham Əliyev: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır

Siyasət Materials 21 Yanvar 2015 20:50 (UTC +04:00)
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.
İlham Əliyev: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır

Almaniya, Berlin, 21 yanvar /Trend, xüsusi müxbir Sevil Mikayılova/

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Trend-in Almaniyaya ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən deyib.

Dövlət başçısı qeyd edib: "Ukraynanın ərazi bütövlüyünün həllinə gəlincə, biz bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Əlbəttə, biz də istəyirik ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çünki Azərbaycanın ərazi bütövlüyü 20 ildən çoxdur ki, Ermənistan tərəfindən pozulub. Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı BMT Baş Assambleyasında aparılan səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləmişik. Hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir və ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz və əgər bu pozulursa bərpa olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti