Prezident İlham Əliyev: Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda "Şahdağ" qış-yay turizm kompleksində olublar.

Dövlətimizin başçısı və xanımı "Park Chalet Shahdag" otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

"Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində "Şahdağ" qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.

Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan "Şahdağ" qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nümunəsinə çevrilib. Bu çərçivədə "Şahdağ" qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

"Şahdağ" qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan "Şahdağ" qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.

"Park Chalet Shahdag" oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.

"Park Chalet" otelinin baş meneceri Stüart De San Nikolas bildirdi ki, bu otel yeni yaradılan "Absheron Hotel Group" şirkətinin ikinci otelidir. İlk otel olan "Pik Palace Şahdağ"ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. "Park Chalet" otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir. "Park Chalet" oteli "Marriott" brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi "Autograph Collection"un rəsmi üzvüdür. "Park Chalet"in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.

Dövlətimizin başçısı və xanımı otelin nömrələrində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə "Park Chalet" otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. "Park Chalet" otelində tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Kollektivin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: "Sizi salamlayıram. Bu gözəl otelin açılışı münasibətilə sizi təbrik edirəm. Şadam ki, hər il Şahdağda bir-birindən gözəl yeni otellər açılır. Bu otel - "Park Chalet" oteli sayca beşinci oteldir. Burada bütün lazımi şərait yaradılıb, otel ən yüksək standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı, bütün xidmət sahələri ən yüksək səviyyədədir. Bu, məni çox sevindirir. Çünki Şahdağ kurort mərkəzi bir neçə ildir ki, yaradılır. İlk dəfə altı il bundan əvvəl burada olarkən Azərbaycanda dağ xizəyi kurortunun yaradılması haqqında qərar qəbul etdim və 2009-cu ildə təməl daşı qoyuldu. O zaman bu ərazilər boş idi. Bu gözəl dağlar arasında gözəl turizm mərkəzi yaradılıbdır. Bu gün dünya səviyyəli turizm mərkəzidir. Bütün infrastruktur layihələri icra edildi, yollar, elektrik, qaz, su xətləri çəkildi. İlk növbədə, infrastruktur yaradılmalı idi. O layihələr icra edilməsə idi, burada otelin tikintisi mümkün olmazdı.

Ondan sonra birinci otel - "Şahdağ" oteli tikilmişdir. Daha sonra "Qaya", "Zirvə", "Pik Palas" və indi "Park Chalet". Yəni, qısa müddətdə, təxminən 3-4 il ərzində Azərbaycanda dünya səviyyəli beynəlxalq turizm mərkəzi yaradılıbdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki adətən, belə turizm mərkəzlərinin yaradılması onilliklər tələb edir. Biz isə bunu 4-5 il ərzində yarada bilmişik. Burada həm dövlət vəsaitindən istifadə edilmişdir, - çünki bütün infrastruktur layihələri, elə birinci otel - "Şahdağ" oteli dövlət büdcəsi hesabına tikilmişdir, - həm də özəl sektor fəaliyyət göstərir. Belə də olmalıdır. Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalar təmin edilir, özəl sektor isə öz növbəsində, investisiyaları təşkil edir".

Dövlət başçısı qeyd edib ki, bu zona, ümumiyyətlə, çox böyük inkişaf dövrünü yaşayır: "Bu otellərdə - Şahdağ kurort mərkəzində işləyənlərin 80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridirlər. Yadımdadır, təməl daşını qoyanda demişdim ki, bu mərkəz, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Çünki turizm sektoru çoxsaylı iş yerlərinin açılmasına gətirib çıxarır. Nəzərə alsaq ki, biz hələ birinci mərhələdəyik, demək olar, bizim bütün planlarımız otellərin tikintisi ilə artıq reallaşıb. Ancaq Şahdağ turizm mərkəzinin əsas fəaliyyət dövrü bundan sonra başlayacaq. Çünki hazırda buraya gələn qonaqların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır ki, belə gözəl şərait olan yerdə Azərbaycan vətəndaşlarının indi dincəlmək üçün xaricə getmələrinə ehtiyac yoxdur. Ancaq ümid edirəm ki, gələcəkdə xarici qonaqların sayı da çoxalacaq. Beləliklə, burada - Qusar rayonunda inkişaf daha da sürətlə gedəcək".

İlham Əliyev bildirib ki, Qusar rayonunun inkişafı daim diqqət mərkəzindədir: "Həm abadlıq-quruculuq, infrastruktur işləri görülmüş, gözəl xəstəxana tikilmişdir. Məktəblər inşa olunur, yollar çəkilir. Bu mərkəz Azərbaycanda ən böyük turizm mərkəzidir və dövlət xətti ilə turizm infrastrukturuna qoyulan ən böyük vəsait Qusar rayonuna yatırılıb. Bu mərkəzin gözəl gələcəyi var. Xarici qonaqlar artıq bu yeri tanıyırlar. İnternet saytları da var. Bu il Azərbaycanda keçiriləcək Avropa Oyunlarının qonaqları da əminəm ki, gələcəklər. Baxmayaraq ki, bu, oyunlar yay mövsümündə olacaq. Ancaq əminəm ki, bu mərkəz yay mövsümündə də uğurla fəaliyyət göstərəcək. Hazırda buraya şənbə-bazar günlərində daha çox qonaq gəlir. Amma vaxt gələcək ki, bütün həftə boyu onların sayı çoxalacaq və əminəm, yay mövsümündə də bu mərkəz kifayət qədər səmərəli işləyəcək".

Prezident vurğulayıb ki, turizm Azərbaycanda inkişaf edir: "Bir neçə turizm mərkəzi yaradılıbdır. Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində - Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir".

İlham Əliyev deyib ki, Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik. Belə gözəl, müasir otellər tikilir və Azərbaycan vətəndaşlarına xidmət edir: "Əlbəttə, Azərbaycanın ən böyük turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunmuşdur. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir.

İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək. Çox şadam ki, mənim təşəbbüsüm qısa müddət ərzində reallaşır. Bu yerlərdə gözəl otellər, binalar, istirahət zonaları yaradılıb. Sizə uğurlar arzulayıram və əminəm ki, yaxşı işləyəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Sağ olun".

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.

Prezident İlham Əliyev: "Əminəm ki, xidmət ən yüksək səviyyədə olacaq. Azərbaycana gələn hər kəs burada təkcə gözəl mehmanxanalar deyil, həm də yüksək xidmət görməlidir".

Otelin əməkdaşı: "Ona görə də çalışırıq ki, yerli kadrları cəlb edək".

Prezident İlham Əliyev: "Burada işləyənlərin 80 faizi yerli kadrlardır".

Otelin əməkdaşı: "Bəli, o uşaqlar hamısı yerlilərdir. Bu gəncləri texnikumdan, kollecdən, haradan imkan var cəlb edirik. Mən Bakıdanam".

Prezident İlham Əliyev: "Çox yaxşı. Mən o vaxt elə də demişdim. Demişdim ki, burada çoxlu iş yeri yaradılacaq, başqa rayonlardan da buraya işləməyə gələcəklər".

Otelin əməkdaşı: "Gəlirlər, Qubadan da var. Statistika aparılır".

Prezident İlham Əliyev: "Qubadan, Xaçmazdan gəlirlər. Sizə uğurlar arzulayıram, sağ olun".

Otelin əməkdaşları: "Təşəkkür edirik. Çox sağ olun".

X X X

Onu da deyək ki, kompleksin ərazisində otellərə, bu otellərin avtomobil dayanacaqlarına, xizək yollarına, kanatlara və digər yerlərə rahat gedib-gəlmək üçün yeraltı tunellər də tikilib.

Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Loading Bars
Xəbər lenti
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"də səhmdarlarımız üçün dəyər yaradan layihələri qarşıya məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
Bütün xəbərlər