...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi olmaq niyyətindədir

Siyasət Materials 10 Fevral 2015 13:41 (UTC +04:00)
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün sifariş verib.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi olmaq niyyətindədir

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu almaq üçün sifariş verib. Trend-in çərşənbə axşamı TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ŞƏT-in baş katibi Dmitri Mezentsev deyib.

Onun sözlərinə görə, Azərbaycandan başqa, Suriya, Belarus, Ermənistan və Banqladeş də müşahidəçi statusu almaq üçün sifarişlərini veriblər.

Qeyd edək ki, bu il iyulun 8-10-da Ufada ŞƏT-in sammiti baş tutacaq.

ŞƏT regional beynəlxalq ittifaqdır. Hazırda təşkilatın üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstana müşahidəçi statusu, Belarus, Şri-Lanka və Türkiyəyə isə dialoq üzrə tərəfdaş statusu verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti