...

Mübariz Əhmədoğlu: Ermənilər cəhənnəm hesab etdikləri üçün SSRİ-ni dağıdıblar

Siyasət Materials 13 Fevral 2015 10:46 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyanın fikrincə, Ermənistan dövləti “cəhənnəm”dən çıxaraq beynəlxalq aləmə qatılıb.
Mübariz Əhmədoğlu: Ermənilər cəhənnəm hesab etdikləri üçün SSRİ-ni dağıdıblar

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan prezidenti Serj Sarkisyanın fikrincə, Ermənistan dövləti "cəhənnəm"dən çıxaraq beynəlxalq aləmə qatılıb. Hər halda S.Sarkisyanın kompüter arxasında oturub özünə məruzə yazdığını düşünmürük. Onun köməkçilərinin 100 ilin 70 ili ərzində erməni xalqının mövcud olduğu SSRİ-ni "cəhənnəm" adlandırması tamam başqa kontekstdir". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bu, S.Sarkisyana yaxın gələcəkdə Qərb liderləri və siyasətçiləri ilə əməkdaşlıq üçün arqumental baza yaratmaq deməkdir: "Erməni xalqı SSRİ dövrünü cəhənnəmlə müqayisə edir. S.Sarkisyanın antirusiya mexanizm olmasına Rusiya rəhbərliyində oturanlardan başqa hamı inanır və bundan istifadə edir. Rusiyaya qarşı kifayət qədər mübarizə aparan S.Sarkisyan SSRİ-nin dağılmasında Dağlıq Qarabağın əsas müstəvilərdən biri olduğunu etiraf etmişdi. S.Sarkisyanın SSRİ-ni "cəhənnəm" adlandırması Dağlıq Qarabağın SSRİ-nin dağılmasındakı müstəvi olması barədə səsləndirdiyi fikrin inkişaf etmiş formasıdır".

M.Əhmədoğlu bildirib ki, Cənubi Qafqaz coğrafiyasında erməni xalqı və ya dövləti olmayıb:

"1918-ci ildə ermənilərin qurduğu dövlətin daxilində və ətrafında baş verənlər hamıya bəlli idi. S.Sarkisyanın "cəhənnəm" hesab etdiyi SSRİ-nin ən böyük cinayətlərindən biri odur ki, o, erməni xalqına dövlət verdi və 70 il ermənilərdə dövlətçilik vərdişi yaratmaqla məşğul oldu. Əzəli Azərbaycan torpağı olan Zəngəzuru da Ermənistana SSRİ verdi. Heç bir təbii sərvətə malik olmayan Ermənistan SSR hər il SSRİ-nin büdcəsindən dotasiya mexanizmi üzrə kifayət qədər pul alırdı. SSRİ dövründə cəmi 4 dövlət - RSFSR, Ukrayna SSR, Azərbaycan SSR və Belorusiya SSR SSRİ-nin dövlət büdcəsini formalaşdırıblar. Qalan respublikalar, o cümlədən, Ermənistan SSRİ dövlət büdcəsindən dotasiya ilə yaşayıb".

M.Əhmədoğlu qeyd edib ki, 1988-ci ildə Spitak zəlzələsi zamanı SSRİ-in Nazirlər Sovetinin o zamankı sədri, indi Ermənistanın milli qəhrəmanı N.Rıjkov zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Ermənistana iki illik dövlət büdcəsi qədər - indiki pulla 6-7 milyard dollar - vəsait ayırdı:

"Spitak zəlzələsinin nəticələri aradan qaldırılmayıb. O zaman bu pul (hələ SSRİ mövcud ikən) Azərbaycan torpaqlarının işğalına xərcləndi. SSRİ-nin rəhbərliyindən kimsə bu məsələyə toxunmadı. Ermənistan SSR-də qazlaşma təxminən 95% idi. Azərbaycan Respublikası 3 ildir regionların sosial-iqtisadi proqramları çərçivəsində kəndlərin qazlaşdırılması ilə bağlı xüsusi proqram reallaşdırmasmaqla bu vəzifəni həll etməyə çalışır. Azərbaycan neft və qaz, Ermənistan isə daş-kəsək ölkəsidir. S.Sarkisyanın "cəhənnəm" hesab etdiyi SSRİ-nin siyasəti nəticəsində ermənilər belə yaşayıblar. Və söhbət təkcə iqtisadiyyatdan getmir".

Politoloqun sözlərinə görə, SSRİ Marksizm ideologiyası əsasında fəaliyyət göstərən bütün milli və dini ideyaları inkar edən dövlət olduğu halda yeganə istisna ermənilərə edildi:

"Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin 1965-ci ildəki qərarı ilə elə həmin ildə Ermənistanda "soyqırım abidəsi" tikildi. "Soyqırım abidəsi" erməninin həm milli, həm də dini özünəməxsusluğunun təsdiqidir. Bu "cəhənnəm" SSRİ-nin ermənilərə verdikləridir. Ermənilər həqiqətən SSRİ-ni "cəhənnəm" hesab edirmişlər. Ona görə də, onun pulunu saxtalaşdırdılar, paytaxtının metrosunda terror hadisəsi törətdilər. Ən nəhayət, Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək SSRİ-ni dağıtdılar".

M.Əhmədoğlu əlavə edib ki, SSRİ-nin dağılması da ermənilərə divident gətirdi. Onun sözlərinə görə, Ermənilərin ABŞ-da yaşama tarixi 170 il olsa da, kütləvi köçmələri XX əsrin 20-30-cu illərinə düşür. Az müddət deyil. ABŞ dünyanın iqtisadi baxımdan lider dövləti olsa da, nədənsə, bu ölkədə cəmi 1 erməni milyarderi formalaşdı. Dağılan SSRİ isə 6 ermənini milyarder etdi.

S.Sarkisyan və onun mənsub olduğu xalq Rusiya ilə, onun elitası ilə qaynayıb - qarışıblar və böyük nüfuza malikdirlər. Rusiyanın siyasi elitası haqqında ən mötəbər sözü demək hüququ da ermənilərə məxsusdur. Belə ki, Rusiyanın xarici siyasəti, mətbu orqanları, ictimai - siyasi mühiti ermənilərlə müştərəkdir. İstənilən azərbaycanlı Rusiyanın elitasını "gümüş", "qızıl", "brilyant" adlandırsa da, bunun zərrə qədər təsiri yoxdur. Amma S.Sarkisyan "cəhənnəm" deyirsə, deməli SSRİ həqiqətən cəhənnəmdir və bu gün SSRİ-nin varisi olan RF də məhz cəhənnəmin varisidir. Bir qrup Rusiya rəsmisi, eksperti Rusiya ictimaiyyətini və elitasını inandırmağa başlayacaq ki, müasir Rusiya cəhənnəmdən əmələ gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti