Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fevralın 23-dən 27-dək ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Ukraynanın Lvov şəhərində "Saber Guardian və Rapid Trident-2015" komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.