...

Türkiyə təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcəklər

Siyasət Materials 12 Mart 2015 01:59 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcəklər.
Türkiyə təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcəklər

Azərbaycan, Bakı, 12 mart /Trend/

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Bakı səmasında uçuşlar həyata keçirəcəklər.

Trend bu barədə "AzeriDefence"ə istinadən məlumat verir.

SOLO Türk-ün təsdiq olunmuş proqramına əsasən, təyyarə və uçuş heyəti nümayiş uçuşu üçün sentyabrın 13-də Azərbaycana gələcək.

Hərbi mənbələrdən əldə edilən məlumata görə, SOLO Türk heyəti 15 sentyabr Bakının bolşevik-daşnak işğalından azad edilməsinin ildönümü münasibəti ilə paytaxt səmasında akrobatik uçuşlar reallaşdıracaq.

Qeyd edək ki, SOLO Türk Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarəsinin qabiliyyətlərini və türk pilotlarının bu təyyarədəki bacarıqlarını anlatmaq üçün yaradılıb. Nümayiş uçuşlları tək pilotlu F-16 C Blok-40 təyyarəsi ilə icra olunur. Uçuşlar zamanı təyyarənin hər iki qanad ucuna taxılan tüstü avadanlığı vasitəsi ilə havada ağ rəngli tüstü izi buraxılır.

Xəbər lenti

Xəbər lenti