...

ABŞ səfiri: Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək

Siyasət Materials 13 Aprel 2015 10:30 (UTC +04:00)
“Kibertəhlükəsizlik problemi kifayər qədər yüksəkdir və bu milli təhlükəsizlik problemidir. Bu problem ABŞ da çox aktualdır”.
ABŞ səfiri: Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

"Kibertəhlükəsizlik problemi kifayər qədər yüksəkdir və bu milli təhlükəsizlik problemidir. Bu problem ABŞ-da da çox aktualdır". Trend-in xəbərinə görə, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi, Azərbaycan XİN, ABŞ səfirliyinin dəstəyilə " İnformasiya dövründə Milli Təhlükəsizlik" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən bildirib:

"Bu təhlükələr tez-tez olur. Prezident Obama da bu sahənin daha da güclənməsi ilə bağlı sərancam imzalayıb".

Səfir qeyd edib ki, bu tədbirin keçirilməsilə Azərbaycan bu sahəyə böyük töhfə verir. O bildirib ki, Azərbaycan kommunikasiya strategiyasında regional liderə çevrilməyə çalışır və ABŞ bu sahədə Azərbaycanı dəstəkləyir: "Biz ö natiqlərimizi gətirmişik ki, onlar öz təcrübəsini sizinlə bölüşsün. Düşünürük ki, ölkələrimizin bu sahədə əməkdaşlığı davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti