...

NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib

Siyasət Materials 28 Aprel 2015 21:38 (UTC +04:00)
Bu gün NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.
NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bu gün NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Аzərbaycanın NATO yanındakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Xarici İşlər, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş görüş zamanı Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib və Azərbaycanın əməkdaşlıq sahəsində apardığı səylər və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil olan mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin Alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə spesifik əməkdaşlıq sahələrin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.

Xəbər lenti

Xəbər lenti