...

Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 17 May 2015 15:58 (UTC +04:00)
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.
Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda "Sülh ağacı"nın açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

Birinci xanım Mehriban Əliyeva "Sülh ağacı"nın rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və "Sülh ağacı"nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti