...

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki İlham Əliyevə və xanımına başsağlığı verib

Siyasət Materials 20 May 2015 16:43 (UTC +04:00)
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki İlham Əliyevə və xanımına başsağlığı verib

Azərbaycan, Bakı, 20 may /Trend/

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Əziz Prezident İlham Əliyev. Əiz dostum. Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk".

P.Hikki Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya da başsağlığı məktubu ünvanlayıb.

Başsağlığında qeyd olunur: "Əziz birinci xanım. Əziz dostum. Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti