...

Novruz Məmmədov: Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir

Siyasət Materials 19 İyun 2015 11:23 (UTC +04:00)
Əgər kiçik müsəlman ölkəsisənsə və zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur və müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu, qeyri-mümkün olur.
Novruz Məmmədov: Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Əgər kiçik müsəlman ölkəsisənsə, zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

PA rəsmisi bildirib ki, müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu, qeyri-mümkün olur.

N.Məmmədov qeyd edib ki, amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti