...

Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

Siyasət Materials 11 İyul 2015 13:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu dedi.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olundu və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti