...

Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Siyasət Materials 2 Sentyabr 2015 16:45 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda siyasi partiyalara xəbərdarlıq edib.
Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda siyasi partiyalara xəbərdarlıq edib.

Trend-in məlumatına görə, M.Pənahov bildirib ki, siyasi partiyalar daha diqqətli olmalı və təşviqat kampaniyasına vaxtından əvvəl başlamamalıdırlar.

M.Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

MSK sədri vurğulayıb ki, Təqvim Planında göstrərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparılmamalıdır, çünki bu, qanun pozuntusu hesab edilir. Bu baxımdan M.Pənahov siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti