Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzzi və Roberto Venturiniyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "San-Marinonun milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".