...

Azərbaycan 5-ci Avro-Ərəb Gənclər Forumunda təmsil olunur

Siyasət Materials 4 Sentyabr 2015 11:00 (UTC +04:00)
“Böyük İpək Yolu” 5-ci Avro-Ərəb Gənclər Forumunda təmsil olunur.
Azərbaycan 5-ci Avro-Ərəb Gənclər Forumunda təmsil olunur

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı (BGİ) 5-ci Avro-Ərəb Gənclər Forumunda təmsil olunur.

"Böyük İpək Yolu" BGİ-dan Trend-ə bildiriblər ki, İttifaqın Baş katibi Aytən Əliyeva Fransanın Strasburq şəhərində keçirilən 5-ci Avro-Ərəb Gənclər Forumunda Azərbaycanı təmsil edir.

Forumda 70-dən çox Avropa və Ərəb ölkələrini təmsil edən gənc liderlər və müxtəlif gənclər təşkilatlarının nümayəndələri təmsil olunur.

Forum Ərəb Ölkələri Liqasının Gənclər və İdman Departamenti ilə Avropa İttifaqı Gənclər Departamenti tərəfindən təşkil olunub. Forumun əsas məqsədi Avropa və Ərəb gəncləri arasında əməkdaşlığı inkişaf etdirmək, mədəniyyərlərarası dialoqa çağırış etməkdir.

Forum öz işini sentyabr 5-də yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti