...

Azərbaycanda Türkiyəyə dəstək aksiyası keçirilib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2015 12:43 (UTC +04:00)
Bu gün Beynəlxalq Diaspor Mərkəzinin bir qrup üzvü Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısında qardaş Türkiyəyə dəstək aksiyası keçirib.
Azərbaycanda Türkiyəyə dəstək aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elmir Murad/

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin bir qrup üzvü Türkiyənin Azərbaycandakı Səfirliyinin qarşısında qardaş Türkiyəyə dəstək aksiyası keçirib.

Trend-in məlumatına görə, aksiyada son dövrlərdə Türkiyədə törədilən terror aktları pislənilib.

Aksiyada "Yaşasın Türkiyə-Azərbaycan dostluğu", "Rədd olsun terrorçular və onun tərəfdarıarı" və digər şüarlar səsləndirilib.

Sonda aksiya iştirakçılarının yekun qətnaməsi oxunub. Qətnamədə terror aktları pislənilib, Azərbaycan ictimaiyyətinin bu hadisələrdən dərindən narahat olduğu bildirilib. Qeyd olunub ki, qardaş Türkiyəni zəiflətmək və parçalamaq məqsədilə terrorçular bəzi güclər tərəfindən silahlandırılır və dəstəklənir.

Aksiyaya digər ictimai təşkilatların nümayəndələri və millət vəkilləri də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti