...

Deputat: Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların rolunun təşviq edilməsi və onlara bütün imkanların yaradılmasıdır

Siyasət Materials 2 Oktyabr 2015 04:15 (UTC +04:00)
Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların rolunun təşviq edilməsi və onlara bütün imkanların yaradılmasıdır
Deputat: Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların rolunun təşviq edilməsi və onlara bütün imkanların yaradılmasıdır

Fransa, Strasburq, 2 oktyabr /Trend, müxbir Anar Məmmədov/

Azərbaycan hökumətinin əsas prioritetlərindən biri qadınların rolunun təşviq edilməsi və onlara bütün imkanların yaradılmasıdır. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayənədə heyəinin üzvü Sahibə Qafarova sərbəst mövzuda müzakirələr zamanı çıxışında deyib.

Onun sözlərinə görə, hal-hazırda bərabərlik sahəsində Azərbaycan hökumətinin əsas prioritetlərindən biri şəhər və kənd yerlərində qadınların rolunun təşviq etmək, habelə onların işlə təmin olunmasına imkan verməkdir. Bununla bağlı bir çox proqramlar hazırlanıb və çoxlu tədbirlər həyata keçirilib. Azərbaycan hökuməti qadınlara müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə potensiallarını göstərmək üçün bütün imkanları yaradır. 10 qanun qəbul edilib. Qadınlara öz müəssisələrini yaratmaq üçün güzəştlər tətbiq edilir. Lakin Azərbaycanda çox sayda qadınlar münaqişə zonasında- cəbhə xəttində yaşayırlar. Bu regionda olan qadınlar çox ciddi problemlərlə üzləşirlər. Onların təməl hüquqları gündəlik pozulur. Azərbaycan torpaqlarının işğalı nəticəsində, minlərlə insan-qadın və uşaqlar qətlə yetirildi. Minlərlə insan öz vətənlərini, yurdlarını tərk etməli oldular. Onlar öz ölkələrində, vətənlərində qaçqın və məcburi köçkün vəziyyətinə düşdülər. Qadın və uşaqlar Ermənistanla müharibənin vəhşiliklərinin qurbanı oldular. Bu cür şəraitdə yaşamaq və ya həyatda qalmaq demək olar ki, mümkün deyil. Müharibə ilə bağlı digər problem Ermənistan tərəfindən atəşkəsin mütəmadi, gündəlik pozulmasıdır. Bu zonada yaşayan kənd qadınları hər gün təhlükə ilə üzləşirlər. Onlar hər vaxt düşmən snayperinə tuş gələ bilərlər. Düşmənin açdığı atəş nəticəsində qadın və uşaqlaın ölümü təsdiqini tapmış faktlardlr. Bu vəziyyət ürəkləri parçalayır. Bilmək lazımdır ki, Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, təşkilatın digər üzvünün işğalına məruz qalıb. Onun 20 faizindən artıq ərazisi digər üzv ölkənin işğalı altındadır. Ermənistan nümayəndələrinin burada Azərbaycanın bu müharibəni başlaması haqda fikirləri ağlasığmazdır.

S. Qafarova Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA tribunasından Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikirlərini də xatırladı.

"Sizə Ermənistan prezidenti Serj Sarkisyanın Assambleyada "Ermənistan Azərbaycan torpaqlarını işğal edib və zərurət yaranarsa, işğalın miqyasını genişləndirəcəkdir" sözlərini xatırlatmaq istərdim. Bu sözlər regionda sülhün bərqərar olmasına maneə olan bu müharibəni kimin başlamasını deməyə əsas verir. Istəyirəm deyəm ki, öz faşist rejimi ilə Ermənistan regional və beynəlxalq səviyyədə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının tələb edən bütün qətnamələrə məhəl qoymur. Ermənsutan beynəlxalq hüquq normalarına hörmət etmir və Azərbaycan torpaqlarını işğal etməkdə davam edir. Assambleyada olan Ermənistan nümayəndələrinə demək istəyirəm ki, Qarabağ tarixən Azərbaycan ərazisi olub və bundan sonra da Azərbaycan ərazisi olacaqdır. Mən bütün erməni qadınlarını zorakılığa son qoymağa çağırıram. Öz ərləriniz və uşaqlarınıza deyin ki, silahı yerə qoysunlar. Müharibəyə son qoyun"-millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti