...

Avropa Şurasının baş katibi siyasi sifarişi yerinə yetirir

Siyasət Materials 7 Oktyabr 2015 20:30 (UTC +04:00)
Bu, təkcə Yaqlandın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniyadır.
Avropa Şurasının baş katibi siyasi sifarişi yerinə yetirir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu, təkcə Yaqlandın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniyadır. Bunu Trend-ə millət vəkili Bəxtiyar Əliyev Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında uğurlu fəaliyyəti, Azərbaycan həqiqətlərinin orada dəstəklənməsi Azərbaycana qarşı çirkin siyasi kampaniya aparan siyasi dairələri hiddətləndirir: "Və Yaqlanda ciddi təzyiq göstərildiyi üçün o, həmin siyasi sifarişi yerinə yetirir. Onlar Azərbaycanda insan haqları ilə bağlı heç bir ciddi problemin olmadığını, işçi qrupunun normal şəkildə fəaliyyət göstərdiyini görəndə və sabah hesabat verərkən obyektiv məsələləri qeyd etməyə məcbur olacaqlarını bildikləri üçün süni surətdə bu əməkdaşlğı dayandırmaqla sonradan Azərbaycanın bu işinə qara yaxmaq, qeyri-obyektiv mövqe bildirmək məqsədilə bu işçi qrupundan çıxırlar. Burada məntiq bundan ibarətdir".

Millət vəkili hesab edir ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycana qarşı bu qərəzli münasibətə etiraz etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti