...

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında din sahəsində əlaqələr müzakirə olunub

Siyasət Materials 14 Oktyabr 2015 21:05 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi qəbul edib.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında din sahəsində əlaqələr müzakirə olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə M.Qurbanlı Həcc ziyarəti zamanı Mina dağında baş vermiş faciə nəticəsində çox sayda zəvvarın həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib. Daha sonra Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi və digər sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Mina dağındakı faciə ilə bağlı göstərdiyi diqqətə və başsağlığına görə Səudiyyə Ərəbistanı adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edib. Bildirilib ki, bu, həm də iki qardaş və dost dövlətin biri-birinə dəstəyinin ifadəsidir.

Görüş zamanı gələcəkdə din sahəsində elm və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin, konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti