...

Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib

Siyasət Materials 20 Oktyabr 2015 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Namiq Cəfərov, Sənan Hacıyev və Abiddin Hüseynovun Bakı Apellyasiya Məhkəməsinə, Azər Bayramovun isə Gəncə Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti