...

Azay Quliyev: İzabel Santos ona verilən təlimatlar əsasında bu cür fikirlər səsləndirir

Siyasət Materials 27 Oktyabr 2015 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Təəssüf ki, İzabel Santos ona verilən təlimatlar əsasında bu cür fikirlər səsləndirir. Bizim dəfələrlə etdiyimiz etiraza, obyektiv və ədalətli olmaq çağırışımıza baxmayaraq, İzabel Santos Azərbaycana qarşı əsassız və qərəzli mövqeyini davam etdirir".

Bunu Trend-ə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev ATƏT PA-nın Demokratiya və insan haqları komitəsinin sədri İ.Santosun parlament seçkiləri öncəsi Azərbaycandakı vəziyyət barədə bəyanatına münasibət bildirərkən deyib.

A.Quliyev bildirib ki, İ.Santos ATƏT-in digər ölkələrində olan hadisələrə demək olar ki, göz yumur: "Biz dəfələrlə müraciət etmişik ki, sizin yalan məlumatlar üzərində qurduğunuz bu təbliğat ATƏT-in ümumi prinsiplərinə ziddir və bir ölkənin təklənərək hədəf götürülməsi və qaralanması, hesab edirəm ki, insan haqları və demokratiya üzrə ixtisaslaşmış komitənin mandatına da uyğun deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti