...

Bahar Muradova Füzuli rayonunun İmişli və Ağcabədi şəhərində məskunlaşmış seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 28 Oktyabr 2015 22:23 (UTC +04:00)
Oktyabrın 27-də 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun İmişli şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.
Bahar Muradova Füzuli rayonunun İmişli və Ağcabədi şəhərində məskunlaşmış seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 27-də 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun İmişli şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.

Bu gün həmçinin Bahar Muradova ilə Füzuli rayonunun Ağcabədi şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan etdi. Daha sonra deputatlığa namizəd Bahar Muradovanın geniş fəaliyyəti və tərcümeyi halı haqqında görüş iştirakçılarına məlumat verildi.

Rayon sakinləri çıxış edərək ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-nın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə etdilər. Namizədi müxtəlif cəhətdən xarakterizə edən seçicilər YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kompaniyada uğurlar arzuladılar.

YAP-nın deputatlığa namizədi Bahar Muradova seçicilərinə belə səmimi və xoş sözlərə görə minnətdarlığını bildirdi. Bahar Muradova yeniləşən Azərbaycan modelinin uğurlu siyasəti, vaxtilə bizi çətinliklərdən qurtaran, xalqın mənafeyini hər zaman üstün tutan Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Bu gün bu siyasəti yorulmadan, əzmlə və böyük siyasi bacarıqla davam etdirən YAP-nın sədri, ölkə başcısı cənab prezident İlham Əliyevin dünyada xüsusi nüfuza malik olduğunu qeyd edən Bahar xanım, hər zaman olduğu kimi bu dəfə də seçicilərini ölkəni çiçəklənməyə və inkişafa doğru aparan YAP-nın namizədlərinə səs verməyə və növbəti 5 il üçün də ulu öndərin izi ilə cənab prezidentin siyasətinə sadiq qalmaqla birgə addımlamağa dəvət etdi.

Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul etmiş və onların təkliflərini dinləmişdir.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti