...

İlham Əliyev Rumıniya Prezidentinə başsağlığı verib

Siyasət Materials 2 Noyabr 2015 13:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın paytaxtı Buxarest şəhərində baş vermiş faciə ilə bağlı bu ölkənin Prezidenti Klaus İohannisə başsağlığı verib.
İlham Əliyev Rumıniya Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın paytaxtı Buxarest şəhərində baş vermiş faciə ilə bağlı ölkə Prezidenti Klaus İohannisə başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti