...

Dövlət Departamenti: İranla nüvə sazişi Azərbaycana da sərf edir

Siyasət Materials 13 Noyabr 2015 18:18 (UTC +04:00)
Azərbaycan İranın nüvə proqramı üzrə Qərblə "5+1" formatında keçirilmiş danışıqlarda rol oynamasa da, İranın qonşusudur və buna görə saziş Bakı üçün də sərfəlidir.
Dövlət Departamenti: İranla nüvə sazişi Azərbaycana da sərf edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan İranın nüvə proqramı üzrə Qərblə "5+1" formatında keçirilmiş danışıqlarda rol oynamasa da, İranın qonşusudur və buna görə saziş Bakı üçün də sərfəlidir. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Stiv Feqin Bakıda mətbuat konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfərinin əsas məqsədi Azərbaycanın rəsmi şəxsləri ilə nüvə sazişinin müzakirəsi oldu.

S.Feqin qeyd edib ki, əgər İran nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirsə, bu, İranın nüvə proqramının dinc məqsədlə yaradılması anlamına gələcək və bütün regiona mənfəət qazandıracaq: "Azərbaycan da bu imkandan istifadə edə bilər".

O, əlavə edib ki, iranlı biznesmenlər Azərbaycan bazarına maraq göstərirlər.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycana ikigünlük səfəri zamanı Rabitə və Yükək Texnologiyalar, Xarici İşlər nazirliklərində, Maliyyə Monitorinqi Xidmətində, eləcə də Amerika-Azərbaycan Ticarət Palatasında görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti