...

MSK seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv etdi

Siyasət Materials 18 Noyabr 2015 15:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
MSK seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv etdi

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədlikləri qeydə alınmış beş nəfər MSK-ya müraciət edərək həmin dairədə seçkilərin keçirilməsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 9 saylı seçki məntəqəsində səsvemənin nəticələrinin ləğv edilməsinə əsas yaranıb. Digər şikayətlər isə öz əksini tapmayıb. Beləliklə, MSK 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib.

Qeyd olunub ki, bu, həmin dairədə səsvermənin ümumi nəticələrinə təsir etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti