...

Eldar Nuriyevə "Vətənə xidmətə görə" ordeni verildi

Siyasət Materials 19 Noyabr 2015 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Eldar Nuriyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Eldar Nuriyevə "Vətənə xidmətə görə" ordeni verildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Eldar Nuriyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Eldar Qasım oğlu Nuriyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, E.Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti