Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirir

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Qanuna aşağıdakı məzmunda 1.0.15-ci, 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir:

"1.0.15. aktivlər - əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, habelə bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlardır;
1.0.16. aktivlərin dondurulması - aktivlərin həcminin, məbləğinin, yerinin, xarakterinin, təyinatının və bu aktivlərə mülkiyyət və sahiblik hüquqlarının dəyişməsi ilə nəticələnən, aktivlərin konversiyasının, köçürülməsinin, onlara sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsinin qadağan edilməsidir;
1.0.17. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslər - terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barəsində sanksiyalar tətbiq edilməli olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edilmiş fiziki və ya hüquqi şəxslərdir.";

7.2.5-ci maddə aşağıdakı redaksiyada verilir:

"7.2.5. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar.";

Aşağıdakı məzmunda 7.3-1-ci və 7.3-2-ci maddələr əlavə edilir:

"7.3-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir. Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.
7.3-2. Müvafiq icra hakimiyyəti orqanının şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.";

Aşağıdakı məzmunda 11.4-1-ci maddə əlavə edilir:

"11.4-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərin aktivlərinin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Maliyyə monitorinqi orqanına məlumat verildiyi vaxtdan iki iş günü ərzində aktivlərin dondurulması barədə maliyyə monitorinqi orqanının qərarı daxil olmazsa aktivlərin dondurulması üzrə tədbirlər ləğv edilir.";

Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilir:

"Maddə 11-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması tədbirlərinin əhatə dairəsi
11-1.1. Bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və ya hüquqi şəxsin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxsin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxs tərəfindən idarə və ya nəzarət olunan aktivlər, habelə belə əmlak vasitəsi ilə əldə edilmiş digər aktivlər dondurulmalıdır.
11-1.2. Bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin aktivləri həmin aktivlərin hər hansı terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulmalıdır.
11-1.3. Bu Qanunun 19-1.10-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktivlər şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduğu müddətdə dondurulmuş saxlanılmalı və şəxs siyahıdan çıxarıldıqdan dərhal sonra azad edilməlidir.
11-1.4. Azərbaycan Respublikasının ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır.".

Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilir:

"Maddə 19-1. Aktivlərin dondurulması
19-1.1. Maliyyə monitorinqi orqanına bu Qanunun 7.2.5-ci maddəsinə əsasən təqdim edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxsə, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxsə aid olduğu müəyyən edilərsə maliyyə monitorinqi orqanı iki iş günü ərzində aktivlərin ilkin dondurulması haqqında qərar qəbul edir. Aktivlər maliyyə monitorinqi orqanı tərəfindən 30 gün müddətinə dondurulur.
19-1.2. Aktivlərin dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün həmin məlumatı verən monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə, digər nüsxəsi isə müvafiq sənədlərlə birlikdə dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.
19-1.3. Bu Qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatın araşdırılması zamanı cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən edilərsə, müvafiq icra hakimiyyəti orqanı aktivlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması və ya əmlak üzərinə həbs qoyulması üçün tədbirlər görür.
19-1.4. Bu Qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatda cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar mövcud deyilsə, müvafiq icra hakimiyyəti orqanı ilkin yoxlama apararaq aşağıdakı halları müəyyən etdikdə, aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddətin bitməsinə ən azı 15 gün qalmış, aktivlərin yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması barədə müraciət edir:
19-1.4.1. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxs, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxs, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxs olduqda;
19-1.4.2. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olmasa da onun terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, həmin əməllərin törədilməsinə kömək və ya həmin əməllərin törədilməsinə cəhd ilə əlaqədar olmasına dair kifayət qədər əsaslar müəyyən edildikdə, o cümlədən xarici dövlətin səlahiyyətli orqanlarından daxil olmuş bu barədə müraciətlər əsaslı hesab edildikdə.
19-1.5. Bu Qanunun 19-1.4.1-ci və ya 19-1.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilərsə, məhkəmə aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddət bitənədək aktivlərin dondurulması haqqında qərar qəbul edir.
19-1.6. Məhkəmənin aktivlərin dondurulması haqqında qərarı maliyyə monitorinqi orqanına və aktivləri dondurulmuş şəxsə göndərilir. Aktivləri dondurulmuş şəxs məhkəmənin aktivlərin dondurulması haqqında qərarından yuxarı instansiya məhkəməsinə şikayət verə bilər.
19-1.7. Maliyyə monitorinqi orqanı məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması barədə məlumatları dərhal rəsmi internet səhifəsində yerləşdirir, nəzarət orqanlarına, habelə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərir. Maliyyə monitorinqi orqanı aktivləri dondurulmuş şəxslərə onların aktivlərinin dondurulmasının əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə aktivlərin dondurulmasının ləğv edilməsi proseduru barədə məlumatı müvafiq qərarı aldığı vaxtdan 1 gün müddətində yazılı qaydada verir.
19-1.8. Aktivlərin dondurulması haqqında məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin qərar ləğv edilənədək davam etdirilməlidir.
19-1.9. Fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması üçün əsaslar aradan qalxdıqda məhkəmə aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul edir.
19-1.10. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".

Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Loading Bars
Xəbər lenti
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bütün xəbərlər