...

Bahar Muradova: Ermənistanın atəşkəsin mövcud olmadığını deməsi Azərbaycana müharibə elan etməsi kimi dəyərləndirilə bilər

Siyasət Materials 30 Dekabr 2015 13:45 (UTC +04:00)
Son vaxtlar ermənilərin atəşkəsin ümumiyyətlə, mövcud olmadığını və müharibə apardıqlarını yenidən bildirmələri Ermənistanın Azərbaycana müharibə elan etməsi kimi dəyərləndirilə bilər.
Bahar Muradova: Ermənistanın atəşkəsin mövcud olmadığını deməsi Azərbaycana müharibə elan etməsi kimi dəyərləndirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Son vaxtlar ermənilərin atəşkəsin ümumiyyətlə, mövcud olmadığını və müharibə apardıqlarını yenidən bildirmələri Ermənistanın Azərbaycana müharibə elan etməsi kimi dəyərləndirilə bilər.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, bu məsələlər Dağlıq Qarabağ münaqişəsinin gündəmdə olan problem olduğunu göstərir.

Vitse-spiker əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan fəaliyyətlərə rəğmən 2015-ci ildə də təmas xəttində insidentlərin baş verməsi davam edib: "Bu insidentlərin miqyası genişlənib. İnsidentlər hər iki tərəfdən itkilərlə nəticələnən əməliyyatlar səviyyəsinə qədər yüksəlib".

B.Muradova bildirib ki, Azərbaycan getdikcə öz hərbi qüdrətini artırmaqla bu məsələyə həm dolayısı, həm də bilavasitə təsir imkanlarını genişləndirmək istəyir.

Vitse-spiker hesab edir ki, Azərbaycan güclü dövlət olacağı təqdirdə qarşı tərəfi sülh danışıqlarında konstruktiv mövqeyə gəlməyə vadar edə bilər.

Xatırladaq ki, son vaxtlar cəbhə xəttində gərginlik hiss olunacaq dərəcədə artıb. Ermənistan tərəfindən cəbhə xəttində həm atəşkəsin pozulması halları, həm də minaatanlardan istifadə edilməsi halları çoxalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti