...

XİN: Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək

Siyasət Materials 16 Yanvar 2016 00:55 (UTC +04:00)

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən "Səkkizinci beynəlxalq səfirlər" konfransında çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan M.Çavuşoğlu Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını, Türkiyə hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində qardaş Azərbaycana bu münaqişənin ədalətli həlli üçün hər cür dəstək verdiyini bildirib.

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.

M.Çavuşoğlu Türkiyə-Ermənistan əlaqələrinin normallaşmadığını xatırladaraq, Dağlıq Qarabağ münaqişəsi davam etdikcə bu münasibətlərin düzəlməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti