...

XİN: Azərbaycan altılıq ölkələr ilə İran arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır

Siyasət Materials 18 Yanvar 2016 11:38 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.
XİN: Azərbaycan altılıq ölkələr ilə İran arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.

Bu barədə XİN-dən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur: "Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik. Ümid edirik ki, razılaşmanın həyata keçirilməsi istiqamətində atılan addımlar region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı naminə regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan və İran arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti