...

Çexiyalı jurnalistlərə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib (FOTO)

Siyasət Materials 18 Yanvar 2016 16:55 (UTC +04:00)
Yanvarın 18-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən Praqada yerli jurnalistlər üçün "dəyirmi masa" təşkil edilib.
Çexiyalı jurnalistlərə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev tərəfindən Praqada yerli jurnalistlər üçün "dəyirmi masa" təşkil edilib. Bu barədə Trend-ə səfirlikdən məlumata verilib.

F.Şəfiyev 1990-cı ilin 20 Yanvar faciəsi haqqında jurnalistlərə ətraflı məlumat verib. Səfir sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncə və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb. Səfir sözügedən faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirib.

Diplomat 20 Yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri haqqında danışıb.

Daha sonra Azərbaycan səfiri çexiyalı jurnalistlərin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti