...

Prezident Administrasiyası: Tehran-Bakı münasibətlərində yeni səhifə açılıb (ÖZƏL)

Siyasət Materials 23 Fevral 2016 16:51 (UTC +04:00)
Azərbaycan və İran arasında 11 sənədin imzalanması Tehran-Bakı münasibətlərində yeni səhifə açıb.
Prezident Administrasiyası: Tehran-Bakı münasibətlərində yeni səhifə açılıb (ÖZƏL)

Tehran. Mehdi Sepahvənd - Trend:

Azərbaycan və İran arasında 11 sənədin imzalanması Tehran-Bakı münasibətlərində yeni səhifə açıb. Bunu Trend-ə İran Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian deyib.

Onun sözlərinə görə, sənədlərin imzalanması ikitərəfli əlaqələrin perspektivinə müsbət təsir edir.

M.Nəhavəndian qeyd edib ki, İran, Azərbaycan və regionun digər ölkələri arasında, xüsusilə enerji layihələri üzrə gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlığın yaxşı perspektivləri var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti