...

Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq edildi

Siyasət Materials 29 Fevral 2016 13:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Azərbaycanla Belarus arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə təsdiq edildi

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sənəddə qeyd olunur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Müqavilə və onun Proqramı təsdiq edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti