...

Tehranın Bakı ilə əlaqələrinin güclənməsi İranın qonşu ölkələrlə əlaqələrinə müsbət təsir edəcək

Siyasət Materials 1 Mart 2016 13:38 (UTC +04:00)
Tehranın Bakı ilə əlaqələrinin geclənməsi onun Rusiya daxil olmaqla qonşu ölkələrlə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Tehranın Bakı ilə əlaqələrinin güclənməsi İranın qonşu ölkələrlə əlaqələrinə müsbət təsir edəcək

Tehran. Mehdi Sepahvənd - Trend:

Tehranın Bakı ilə əlaqələrinin güclənməsi onun Rusiya daxil olmaqla qonşu ölkələrlə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu İran hökumətinin nümayəndəsi Məhəmməd Baker Nobaxt Tehranda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın Azərbaycanla əlaqələri yaxın gələcəkdə strateji əməkdaşlıq səviyyəsinə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana baş tutmuş səfəri barədə danışan M.B.Nobaxt vurğulayıb ki, hər iki tərəf qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər: "Bu yaxınlarda Tehran və Bakı arasında imzalanmış saziş strateji əhəmiyyətə malikdir. Tərəflər imzalanmış sənədlərin tezliklə reallaşdırılması üzərində işləyərək sıx əlaqələri davam etdirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti