...

Azərbaycan və Türkiyə pilotları şərti terrorçuların yerləşdiyi məkanları məhv ediblər (FOTO)

Siyasət Materials 16 Mart 2016 18:45 (UTC +04:00)
"TURAZ Şahini – 2016" təlimlərində şərti terrorçuların yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib.
Azərbaycan və Türkiyə pilotları şərti terrorçuların yerləşdiyi məkanları məhv ediblər (FOTO)

Bakı. Trend:

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər.

Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terroristlər və onların yerləşdikləri ərazi məhv edilib.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti